Boksçumuz finala yüksəldi, növbəti mərhələdəki rəqibi müəyyənləşdi

  Boksçumuz finala yüksəldi, növbəti mərhələdəki rəqibi müəyyənləşdi

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında "Brandenburq Kuboku"nda yarımfinal mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.

Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.