David Cəfərov Portuqaliyada beynəlxalq turnirdə 2-ci yeri tutdu

David Cəfərov Portuqaliyada beynəlxalq turnirdə 2-ci yeri tutdu

Gənc azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Leyriya şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, o, kəskin döngələrdən ibarət, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodrom trekində fəxri kürsüyə qalxıb.

Cəfərov kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot arasında ikinci yeri tutub. Pilot çempiondan cəmi 0.01 saniyə geri qalıb.