35 cüdoçumuz Tbilisidə Avropa Kubokunda mübarizə aparacaq

Aprelin 12-13-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnirdə Azərbaycanı 15 çəki dərəcəsində 35 cüdoçu (16 oğlan, 19 qız) təmsil edəcək.
Oğlanlar arasında Rza Xəlilli (50 kq), Ceyhun Hüseynli, Nicat Şıxızadə, Rüstəm Qasımzadə (hamısı 55 kq), Nəcəf Nəsrullayev, İlkin Qarayev, Zeyd Ələsgərov (hamısı 60 kq), Kənan Məmmədov, Ümüd Əbdülov (hər ikisi 66 kq), Yusuf Nəzər (73 kq), Ömər Axundov, Məhəmməd Abbasəli (hər ikisi 81 kq), Emin Şirinov, Amir Xəzriyev (hər ikisi 90 kq), Elşən Fərzəliyev və Cavidan Məsimov (hər ikisi +90 kq) mübarizə aparacaq.
Qızların mübarizəsində isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova, Xədicə Abdullayeva, Fatimə Abdullayeva (hamısı 44 kq), Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə, Gülgəz Musayeva, Nərgiz Əhmədova, Könül Eyvazlı, Nigar Məmişova (hamısı 48 kq), Aysun Məmmədova, Tövsiyyə Babayeva (hər ikisi 52 kq), Gülnaz Məmmədtağıyeva, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kq), Ayan Əliyeva, Zəhra Hüseynzadə (hər ikisi 63 kq), Məsumə Məmmədli və Rəna Əhmədova (hər ikisi 70 kq) gücünü yoxlayacaq.
Yeniyetmə oğlanlar baş məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadənin, qızlar isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədovun rəhbərliyi altında yarışacaqlar.
Avropa Kubokuna 15 ölkədən 357 cüdoçu qatılacaq.