Manuel Noyerdən tarixi göstərici

Manuel Noyerdən tarixi göstərici

Almaniya millisinin Dünya Kubokunda Fil Dişi Sahili yığmasını məğlub etdiyi matç (2:1) Bundestimin qapıçısı Manuel Noyer üçün əlamətdar sayılıb.

"Mediasport" xəbər verir ki, 40 yaşlı dəri əlcək sahibi dünya çempionatlarına ən çox start heyətdə meydana çıxan qolkiper olub.

Noyer bu göstəricidə Fransanın sabiq qapıçısı Uuqo Lyorisi geridə qoyub (20 oyun).

Eyni zamanda mundialda oynayan ən yaşlı "çərçivə qoruyucusu" ünvanına sahib çıxıb.