Dünya çempionatına yollanacaq milli üzvləri ilə görüş keçirildi

 Dünya çempionatına yollanacaq milli üzvləri ilə görüş keçirildi

Dünya çempionatında iştirak edəcək yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib.

Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçiriləcək.Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.