"Böyük Dəbilqə"də bu gün 7 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə” turniri start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk gündə yeddi idmançımız mübarizəyə qoşulacaq.
60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda Samariddin Kuçkarovla (Özbəkistan), Balabəy Ağayev onun həmyerlisi Baxrom Boturovla mübarizə aparacaq.
66 kq-da Nizami İmranov bu raundda Minhao Canqla (Çin), Turan Bayramov isə Matan Kokolayevlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.
48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda özbək Sevinç Muradovanın, Şəfəq Həmidova çinli Venna Cuanqın müqavimətini qırmağa çalışacaq.
Leyla Əliyeva (52 kq) isə bu mərhələdə Rusiya təmsilçisi Liliya Nuqayeva ilə üz-üzə gələcək.
Turnir martın 1-də başa çatacaq.
