"Düşünürəm ki, bunu biz komanda olaraq bacaracağıq" - KAPİTAN

"Düşünürəm ki, bunu biz komanda olaraq bacaracağıq" - KAPİTAN

“Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırıq. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın futbolçusu Araz Abdullayev deyib.

Aranlıların kapitanı komandanın qış hazırlığı haqda danışıb:

"Füzuli müəllimin məşqlərdə verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, “Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq.

Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib yuxarı pillələrə yüksəlməkdir. Düşünürəm ki, bunu biz komanda olaraq bacaracağıq".

Xatırladaq ki, yevlaxlılar 17 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.