Azərbaycanlı futbolçu Kosovoda növbəti oyununu keçirdi

Azərbaycanlı futbolçu Kosovoda növbəti oyununu keçirdi

Bir neçə ay əvvəl Kosovoya yollanan Elmir Tağıyev Superliqada 2-ci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin formasını geyindiyi "Dreniça" 8-ci tur çərçivəsində "Ferizay"la qarşılaşıb.

Elmirin 82 dəqiqə meyanda olduğu matç komandasının 0:2 hesablı məğlubiyyə\ti ilə yekunlaşıb.

Şkönderay klubu 8 turdan sonra 10 komanda arasında 11 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Tağıyev Kosovoya "Kəpəz"dən gedib. O, "Turan Tovuz" və "Səbail"də də çıxış edib.