"Bosnia Open": İdmançılarımızdan 1 qızıl, 2 gümüş, 4 bürünc medal
Bosniya və Herseqovinada keçirilən taekvondo üzrə "Bosnia Open" beynəlxalq turnirində yeniyetmə və gənclərin çıxışına yekun vurulub.
"Mediasport" xəbər verir ki, idmançılarımız turniri 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub.
Allahverdi Məmmədov (+78 kq, gənclər) çempion tituluna yiyələnib.
Aliyə Məmmədli (+59 kq, yeniyetmələr) və Sadiq Məmmədzadə (-53 kq, yeniyetmələr) gümüş medal qazanıblar.
Zəhra Vəliyeva (-59 kq, gənclər), Sübhan Rzayev (-41 kq, yeniyetmələr), Məhəmməd Bağırov (-33 kq, yeniyetmələr) və Rəsul İsmayılov (-59 kq, gənclər) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.


