Fərid Qayıbov Bakıda səfərdə olan Yelena Skripel ilə görüş keçirib

Fərid Qayıbov Bakıda səfərdə olan Yelena Skripel ilə görüş keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.

"Mediasport" xəbər verir ki, görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.