Fərid Qayıbov Bakıda Rodriqo Furbino Qomes ilə görüş keçirdi
Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.
"Mediasport" xəbər verir ki, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə Azərbaycanda kapoeyra idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
