Florian Virts rəsmən "Liverpul"da - 120 milyonluq transfer rəsmiləşdi

Florian Virts rəsmən "Liverpul"da - 120 milyonluq transfer rəsmiləşdi

"Liverpul" Almaniya milli komandasının futbolçusu Florian Virtsi transfer edib.

"Mediasport" xəbər verir ki, İngiltərə nəhəngi "Bayer"in vingeri ilə 5 illik müqavilə bağlayıb.

"Qırmızılar"ın keçidə görə Leverkuzen təmsilçisinə 120 milyon funt sterlinq təzminat ödədiyi bildirilir.

22 yaşlı almaniyalı 2020-2025-ci illərdə "əczaçılar"in heyətində 197 oyun keçirib, 57 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.