Azərbaycan “Prezident Kuboku" yarışında ilk medalını qazandı

Azərbaycan “Prezident Kuboku" yarışında ilk medalını qazandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında ilk medalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Suqovuşanda davam edən yarışın medalçıları sırasında Azərbaycan da yer alıb.

Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1 nəfərlik kayak qayığında 200 metr məsafə yarışında gümüş medal qazanıb.

Özbəkistandan Maksim İvliyev qızıl, Almaniya təmsilçisi Martin Vulf bürünc mükafatçı olub.

Qaliblər medallar və müxtəlif hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunmuş "Prezident Kuboku"na Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı qatılıb.

Son 2 mərhələsi Mingəçevirdə baş tutacaq yarış mayın 1-də yekunlaşacaq.