Vətən müharibəsi iştirakçısına federasiyada yüksək vəzifə verildi

 Vətən müharibəsi iştirakçısına federasiyada yüksək vəzifə verildi

Azərbaycan Güləş Federasiyasında (AGF) yeni təyinat olub.

"Mediasport" xəbər verir ki, Pərvin Piriyev baş katib vəzifəsinə təyin edilib.

Bunadək baş katib postunu tutan Nəsimi Musayev isə P.Piriyevin müşaviri vəzifəsini icra edəcək.

Xatırladaq ki, Pərvin Piriyev “Sabah” Futbol Klubunda marketinq direktoru, daha sonra icraçı direktor vəzifələrində işləyib.

O, 44 günlük Vətən müharibəsi iştirakçısıdır.