İdmançımız olimpiadaya reytinq xalı verən Dünya Kubokunda
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seged şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində mübarizə aparacaq.
Bu barədə "Mediasport"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da baş tutacaq.
