Kriştianu Ronaldo 970-ə çatdı

 Kriştianu Ronaldo 970-ə çatdı

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldo karyerasında 970-ci qolunu vurub.

"Mediasport" xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında davam etdirən 41 yaşlı superulduz 30-cu turun “Əl Əhli” ilə görüşündə fərqlənib.

Matç portuqaliyalının komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Xatırladaq ki, Ronaldonun vurduğu qollardan 828-i klub səviyyəsində qeydə alınıb. O, 142 dəfə millinin heyətində adını tabloya yazdırıb.