Milli komandamızın futbolçusu məşqçisinə maşın hədiyyə etdi

Milli komandamızın futbolçusu məşqçisinə maşın hədiyyə etdi

Azərbaycan milli komandası və “Neftçi”nin qapıçısı Rza Cəfərov məşqçisi Elxan Ağayevə avtomobil hədiyyə edib.

"Mediasport" xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

22 yaşlı qolkiper "Neftçi"nin aşağı yaş qruplarında məşqçisi olmuş Ağayevə “Hyundai Elantra” markalı avtomobil verib.

Məşqçi hədiyyəyə görə yetirməsinə təşəkkürünü bildirib.