Millimiz Avropa çempionatında Slovakiya yığmasını məğlub etdi

 Millimiz Avropa çempionatında Slovakiya yığmasını məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B Liqasının B qrupunda yer alan komandamız Slovakiya yığması ilə qarşılaşıb.

Görüş futbolçularımızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.

Qrupda ilk matçında İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən millinin üçüncü qarşılaşması sabah Latviya seçməsinə qarşı olacaq.