"Sabah" Avstriyada keçirdiyi sonuncu matçda da bərabərə qaldı

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" sonuncu yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb.
6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.
Qeyd edək ki, "UEFA Avropa Liqasına hazırlaşan "bayquşlar" ilk sınaq matçında Rumıniyanın "Rapid" komandası ilə bərbərə (2:2) qalmışdı.
Təmsilçimizin Avroliqada ilk görüşü iyulun 10-da Bakıda Sloveniyanın "Selye" kollektivinə qarşı olacaq.