Dünya Kubokunda 4-cü olduq
3x3 basketbolçu qadınlardan ibarət Azərbaycan yığması Polşanın Varşava şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.
"Mediasport" xəbər verir ki, yarımfinalda ABŞ-yə uduzan komanda (19:18) üçüncü yer uğrunda Niderlandla üz-üzə gəlib.
Təmsilçimiz bu dueldən də məğlub ayrılıb (21:14).
Beləliklə, Azərbaycan yığması ilk dəfə iştirak etdiyi Dünya Kuboku turnirini 4-cü sırada başa vurub.


