"Neftçi" "Qarabağ"a müsbət cavab verməməsinin səbəbini açıqladı

"Neftçi" "Qarabağ"a müsbət cavab verməməsinin səbəbini açıqladı

"Mövsümün həlledici mərhələsinə qədəm qoymuşuq. Hər oyun bizim üçün çox əhəmiyyətlidir. Bu mövsümlə bağlı konkret hədəflərimiz var".

Bunu "Mediasport"a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı deyib.

Klub rəsmisi "Qarabağ"ın müraciətinə müsbət cavab verməməklərinə aydınlıq gətirib:

"Komandamızın öncədən hazırlıq planı qurulub. İndiki məqamda hansısa dəyişiklik və ya təxirəsalınma planlarımızı poza bilər. Buna görə oyununun əvvəlcədən təqvimlə nəzərdə tutulmuş tarixdə keçirilməsini məqsədəuyğun gördük".

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" matçı Premyer Liqanın 21-ci turu çərçivəsində fervalın 21-də "Palms Sports Arena"da baş tutacaq.

Ağdam klubu görüşün ertəsi günü UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab dueli üçün İngiltərəyə yollanacaq.