"Neftçi"nin futbolçusu Afrika Millətlər Kubokunda zədələndi
"Neftçi" ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Sessi D`Almeyda sıradan çıxıb.
Afrika Millətlər Kubokunda iştirak üçün Benin yığmasının heyətində olan 30 yaşlı yarımmüdafiəçi Botsvana millisi ilə qrup görüşündə zədə alıb.
Seneqalla matçı buraxan Sessi bu gün Misir futbolçuları ilə baş tutacaq 1/8 final oyununda da meydana çıxmayacaq.
"Neftçi"də 2025-ci ilin yayından forma geyinən afrikalının azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.
