"Neftçi"dən "Olimpiakos"a getmişdi, yenidən Azərbaycanda oynayacaq
“Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.
"Mediasport" xəbər verir ki, komanda Mamadu Kaneni heyətinə qatıb.
Qvineyalı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib.
Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub. Kane 2020-ci ildən dəvət aldığı Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub.
O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.



