"Qarabağ"ın AL-in II raundunda mümkün rəqibi müəyyənləşir

"Qarabağ"ın AL-in II raundunda mümkün rəqibi müəyyənləşir

Növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın yarışın II təsnifat mərhələsindəki potensial rəqibi bu gün məlum olacaq.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da start götürəcək tədbirdə "atlılar"ın adı səpələnmişlər səbətində olacaq.

Qurban Qurbanovun komandasının mümkün rəqibləri "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromsö" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya) cütünün qalibi, "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya) cütünün qalibi, "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibidir.

Bunadək isə "Qarabağ" ilk raundda qarşılaşacağı İslandiyanın "Vestri" kollektivini mübarizədən kənarlaşdırmalıdır.