"Qarabağ" iki nigeriyalı gətirdi

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.
"Mediasport" xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.
O, "Beyond Limit" akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib:
"Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq".
Qeyd edək ki, təmsilçimiz UEFA Gənclər Liqasının I turunda səfərdə Portuqaliyanın "Benfika" klubunun qonağı olacaq.
Sentyabrın 16-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.