Pley-offa yüksəldik - Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi
Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci tur oyunlarından sonra ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" "Liverpul"a məğlub olsa da, Azərbaycan reytinqdə irəliləyib.
Ağdam təmsilçisi pley-offa vəsiqə qazandığına görə UEFA-dan əlavə 0,187 xal qazanıb.
Xallarını 22,937-yə çatdıran Azərbaycan 27-ci yerdən 26-cı yerə yüksəlib.
Serbiya bizdən bir pillə yuxarıda (24,375), Sloveniya isə bir pillə aşağıdadır (22.843).
