"Qarabağ"ın yeni transferə görə AEK-ə ödədiyi məbləğ məlum oldu
“Qarabağ”ın yeni transfer Jeremi Qnalinin transferi üçün Kiprin AEK klubuna ödədiyi məbləğ açıqlanıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi fransız müdafiəçinin keçidinə görə qarşı tərəfə 100 min avro (təxmini 200 000 manatdan çox) təzminat ödəyib.
Nüfuzlu "Transfermarkt" 24 yaşlı futbolçunun bazar dəyərini 450 min avro göstərib.
Xatırladaq ki, "atlılar" müdafiəçi ilə 2,5 illik müqavilə imzalayıblar.
