"Qarabağ"ın yetirməsi İspaniya klubu ilə müqavilə bağladı
“Qarabağ” akademiyasının yetirməsi Yavuz Quliyev karyerasını İspaniyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, istedadlı futbolçu “Ueska” klubunun aşağı yaş qrupu üzrə komandasında oynayacaq.
Son olaraq “Qarabağ”ın U-16 komandasında forma geyinmiş Yavuz Pireney təmsilçisi ilə uzunmüddətli müqavilə bağlayıb.
