"Qəbələ"nin daha bir üzvü Premyer Liqada debüt etdi

Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” - “Qəbələ" matçı qonaqların futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.
"Mediasport" xəbər verir ki, Qəbələ akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb.
Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.