Rafael Ağayev əməliyyat edildi
Azərbaycanlı karateçi Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, dünyaşöhrətli idmançı bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
O, 5-ci dəfə dizindən əməliyyat edildiyini vurğulayıb.
Karatenin "brilyantı" adlandırılan əfsanəvi Ağayev 5 qat dünya, 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.


