Portuqaliya milli komandasıının yeni baş məşqçisi təsdiqləndi

Portuqaliya milli komandasıının yeni baş məşqçisi təsdiqləndi

Futbol üzrə Portuqaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu posta Jorje Jesuş gətirilib.

71 yaşlı mütəxəssislə rəsmi müqavilə bugünlərdə imzalanacaq. Məlumatı Portuqaliya Futbol Federasiyası paylaşıb.

Portuqaliyalının 3 illik anlaşmaya razılıq verdiyi bildirilir.

O, istefaya göndərilən ispan Roberto Martinesi əvəz edəcək.

Jesuş son olaraq Səudiyyə Ərəbistanında "Əl Nəsr"ə Super Liqa çempionluğu qazandırıb.