Rusiyada çıxış edən azərbaycanlı futbolçu klublarımıza "yox" dedi

Rusiyada çıxış edən azərbaycanlı futbolçu klublarımıza "yox" dedi

Rusiyanın “SKA-Xabarovsk” komandasında çıxış edən Azərbaycan əsilli futbolçu Sadıq Bağıyev karyerasını ölkəmizdə davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, onunla ”Qəbələ” və “Kəpəz” klubları maraqlanırlar.

Bu barədə rusiyalı jurnalist Sergey İlyov məlumat paylaşıb.

Premyer Liqa klubları Xabarovsk təmsilçisi ilə danışıq aparmaq istəsə də, futbolçunun özünün Rusiyada qalmağa üstünlük verdiyi bildirilib.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi cari mövsüm Rusiya 1-ci Liqasında 16 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib.

Onun "SKA-Xabarovsk"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Krasnodarın “Kuban”, “Kuban Holdinq” və “Spartak Tambov” klublarında da çıxış etmiş Bağıyev Azərbaycanın U-21 milli komandasında iki dəfə forma geyinib.