“Sabahın ulduzları” yarışı başlanır
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə qərarı ilə U-13 və U-14 yaş qrupları üzrə “Sabahın Ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlar keçiriləcək.
"Mediasport" xəbər verir ki, 2026-cı il mart ayının 4-5-də ilk turun oyunları baş tutacaq.
Yarışın əsas məqsədi paytaxtda, eləcə də ölkəmizin hər yerində futbolun təbliğinə dəstək olmaq, uşaqlara milli ruhu aşılamaq, sağlam rəqabətli mühit formalaşdırmaq, istedadlı futbolçuları üzə çıxarmaq, onların yaxın gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün şərait yaratmaqdır.
Qeyd olunan yaş qruplarının hər birində 12 komanda mübarizə aparacaq. Yarışlara PFK-ları, futbol məktəblərini ölkə çempionatında təmsil edən, həmçinin idman prinsiplərinə və “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda oyunların Əsasnamə tələblərinə cavab verən komandalar buraxılacaq.
Birdövrəli sistem üzrə keçiriləcək yarışın əsas mərhələsində ilk dörd pillədə qərarlaşan komanda yarımfinalda oynamaq hüququ qazanacaq.
“Sabahın Ulduzları” layihəsi uşaq futbolunda komanda ruhunun gücləndirilməsinə, yetişən nəsildə peşəkar təməl prinsipləri ilə bərabər idman mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Yarış mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda təşkil olunacaq.
