"Səbail"ə yeni prezident gətirildi
Premyer Liqaya yüksələ bilməyən "Səbail” klubuna yeni rəhbər gətirilib.
"Mediasport" xəbər verir ki, Bayıl klubunun İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur prezident vəzifəsinə təyin olunub.
Xatırladaq ki, ”dənizçilər" yeni mövsümdə də I Liqada mübarizə aparacaqlar.


