Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında yarışacaq
Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında yarışacaq.
Bu barədə "Mediasport"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.
Dünya çempionatı 27 avqust - 1 sentyabr aralığında baş tutacaq.


