"Sumqayıt"ın hazırlıq planı: 4 yoxlama matçı keçirəcəklər

 "Sumqayıt"ın hazırlıq planı: 4 yoxlama matçı keçirəcəklər

“Sumqayıt” futbol komandasının yay hazırlıq planı məlum olub

"Mediasport" xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən komanda məşqləri iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Ayın 25-də Qəbələyə yola düşəcək kollektiv hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə tarixi hələlik bəlli deyil.