"Turan Tovuz" Heydər Əliyevə həsr edilmiş turnirin qalibi oldu - FOTO
Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turniri keçirilib.
"Mediasport" xəbər verir ki, Qazax, Tovuz, Ağstafa və Şəmkirdən 8 komandanın iştirak etdiyi yarış 2016-cı il təvəllüdlü futbolçular arasında təşkil olunub.
Yarışın yarımfinal oyunlarında “Turan Tovuz” “Yasamal”ı (Şəmkir), “Qazax-Siti” isə “Avey”i (Ağstafa) məğlub edərək finala yüksəlib.
Üçüncülük uğurunda matçda “Avey”i məğlub edən “Yasamal” bürünc medallara sahib olub.
Finalda “Qazax-Siti”dən üstün olan “Turan Tovuz” isə yarışın qalibi adını qazanıb.
Müxtəlif nominasiyalarda fərqlənən futbolçulara Fəxri Fərmanlar, hədiyyələr təqdim olunub. Qərb Regional Futbol Federasiyasının prezdienti Nadir Nəbiyev “Turan Tovuz”a çempionluq kubokunu təqdim edib.




