"Turan Tovuz" Türkiyədə İran milli komandası ilə bərabərə qaldı
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv İranın U-21 milli komandası ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan klubunun heyətində qolu Sadiq Şəfiyev vurub.


