TV-AFİŞA: Bir oyun İTV-də, digəri "CBC Sport"da canlı yayımlanacaq

TV-AFİŞA: Bir oyun İTV-də, digəri "CBC Sport"da canlı yayımlanacaq

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin hər iki cavab oyunu Azərbaycan telekanalları vasitəsilə canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, qarşılaşmalar eyni saatda başlanacaq.

İzləyicilər 23:00-da start götürəcək "Budö Qlimt" – "Tottenhem" matçını İctimai TV-dən seyr edə biləcəklər. Matç ölkəmizdə "TRT Spor" kanalında da təqdim ediləcək.

"Mançester Yunayted" – "Atletik" görüşü isə "CBC Sport" və "TRT 1" kanalları vasitəsilə göstəriləcək.