UEFA "Qarabağ"ın bu oyununu ən yaxşı 10 matçın sırasına daxil etdi

UEFA-nın rəsmi saytı Avropa Liqasının cari mövsümünün ən yaxşı 10 qarşılaşmasının siyahısını tərtib edib.
"Mediasport" xəbər verir ki, sıralamada Azərbaycan təmsilçisi "Qarabağ"ın matçı da yer alıb.
Ağdam klubunun liqa mərhələsinin 7-ci turunun FKSB ilə Bakıdakı görüşü "10-luğ"a salınıb.
Qeyd edilib ki, Rumıniya klubu səfərdə qələbə qazanaraq pley-off vəsiqəsini təmin etdi.
Xatırladaq ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan dueldə rumınlara 2:3 hesabı ilə məğlub olmuşdu.