"Sabah" mövsümlərarası fasilədə ilk transferini reallaşdırdı

Yeni mövsümdə Azərbaycanı FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək “Sabah” yay fasiləsində ilk transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, son ölkə çempionu yenidən Kamran Məmmədovu heyətinə qatıb.
Azərbaycan millisinin üzvü ilə 2 illik müqavilə bağlanılıb.
Məmmədov 2022/2023-cü illər mövsümündə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olub.