Yığmamızın daha bir boksçusu Dünya Kubokunda yarımfinala çıxdı

Azərbaycanın daha bir boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
"Mediasport" xəbər verir ki, yığmanın lideri Məhəmməd Abdullayev azı bürünc medalı təmin edib.
90 kq çəkidə yarışan idmançımız 1/4 finalda cənubi koreyalı Taeunq Yuya şans verməyib 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26).
Abdullayev final yolunda qazaxıstanlı Albek Oralbayla qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yarışda Sübhan Mamedov (50 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) adını yarımfinala yazdırıb.
Azərbaycan boksçuları final uğrunda görüşlərə iyulun 5-də çıxacaqlar.