"Zirə"dən "Səbail"ə transfer olundu
1-ci Liqada yeni mövsümə hazırlaşan "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi Fuad Bayramovu transfer edib.
"Zirə"nin müdafiəçisi növbəti mövsümü "dənizçilər"lə keçirəcək.
28 yaşlı cinah futbolçusu 2025/2026 mövsümünün ikinci yarısında icarə əsasında "Mingəçevir"də oynayıb.
Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.


