Ruslan Paşayevdən Avstriya turnirində qızıl medal - "Qran-pri"
Avstriyanın Linz şəhərində cüdo üzrə "Qran-pri" turniri start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan komandası ilk gündə bir qızıl medal qazanıb.
66 kq çəki dərəcəində yarışan Ruslan Paşayev bütün rəqiblərinə qalib gələrək çempion olub.
İdmançımız finalda braziliyalı Ronald Limaya qalib gəlib.
Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) isə ümidləri doğrultmayıblar.
Azərbaycanın 7 cüdoçu ilə təmsil olunduğu yarışda 59 ölkədən 479 idmançı iştirak edir.
