Azərbaycan millisi Qazaxıstan turnirində birinci yeri tutdu
Boccia idman növü üzrə paralimpiyaçılarımız Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, komandamız 25-31 oktyabr tarixlərində baş tutan yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel "Rzazadə (BC4) qızıl medal qazanıb.
Bəhruz Mirzəyev (BC4) isə gümüş, qoşa yarışlarda isə Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl mükafat əldə ediblər.
Paralimpiyaçılarımız Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da qatıldığı turniri komanda hesabında birinci pillədə başa vurub.
