127 illik tarixlərində ilk dəfə avrokuboklara vəsiqə qazandılar

127 illik tarixlərində ilk dəfə avrokuboklara vəsiqə qazandılar

"Bornmut" 127 illik tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Andoni İraolanın baş məşqçisi olduğu kollektiv bunu Premyer Liqanın 37-ci turunun "Mançester Siti" ilə matçında (1:1) rəsmiləşdirib.

Ölkə çempionatının 6-cı pilləsində qərarlaşan "Bornmut" Avroliqaya vəsiqəni təmin edib.

Lakin qitənin birinci dərəcəli klub turniri olan Çempionlar Liqasında mübarizə aparmaq üçün riyazi şansları da mövcuddur.

Xatırladaq ki, "Bornmut"un "şəhərlilər"lə heç-heçə etməsi "Arsenal"ın 22 ildən sonra ölkə çempionu elan edilməsi ilə nəticələnib.