Cekson Rodrigesin həyat yoldaşı və 5 yaşlı oğlunu qaçırdılar - FOTO

Cekson Rodrigesin həyat yoldaşı və 5 yaşlı oğlunu qaçırdılar - FOTO

Ekvadorun “Emelek” klubunun futbolçusu Cekson Rodriges xoşagəlməz hadisə ilə üzləşib.

"Mediasport" xəbər verir ki, müdafiəçinin ailəsi silahlı hücum nəticəsində girov götürülüb.

Ötən gecə baş verən hadisə zamanı futbolçu evdə olmayıb.

Cinayətkar və yaxud dəstə olduğu iddia edilən naməlum şəxslər 26 yaşlı müdafiəçinin həyat yoldaşı və 5 yaşlı oğlunu qaçırıblar.

Soyğunçular evdən bahalı zinət əşyaları, pul və digər qiymətli avadanlıqları da aparıblar. 

Hüquq-mühafizə orqanları axtarışları davam etdirirlər.