Azərbaycan çempionatında final matçı bu stadionda keçiriləcək

Azərbaycan çempionatında final matçı bu stadionda keçiriləcək

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və III yer uğrunda oyunlarının yeri və başlanma saatları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında 3-cülük qarşılaşması keçiriləcək.

Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.