AFFA-da məşqçi kurslarının təlimatçıları üçün seminar keçirilir

 AFFA-da məşqçi kurslarının təlimatçıları üçün seminar keçirilir

AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün seminar keçirilir.

"Mediasport" xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

İlk gündə iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirakçılara uğurlar arzulayıb.

Kursa iyulun 4-də yekun vurulacaq.