AFFA rəsmisi "Ayaks"ın Avropa Kuboku oyununa təyinat aldı

AFFA rəsmisi "Ayaks"ın Avropa Kuboku oyununa təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) - "Şturm" (Avstriya)  oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionda baş tutacaq.